logo

Sabah bakıda 39° , bölgələrdə isə 42° isti olacaq

14:38 28-06-2018 | icon 2233
Sabah bakıda 39° , bölgələrdə isə 42° isti olacaq

zərbaycanda iyunun 29-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25°, gündüz 35-39° isti, Bakıda gecə 23-25°, gündüz 37-39° isti olacaq.Atmosfer təzyiqi normadan aşağı - 753 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturunun 25-26°, cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda 26-27° isti olacağı ehtimalı var.

Çimərliklərdə cənub-şərq küləyi əsəcək. Lakin temperaturun yüksəlməsi ilə əlaqədar günorta saatlarında Günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyiniz tövsiyə olunur.

Sinoptiklərin xəbərdarlığına görə, Bakıda və Abşeron yarımadasında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38°, bəzi yerlərdə 40° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 2-dək Abşeron yarımadasında isti hava dalğasının təsiri nəticəsində gündüz qızmar temperatur diskomfortu, bəzi saatlarda durğun hava şəraitinin olacağı ehtimal edilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq tövsiyə olunmur.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 37-42° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24°, gündüz 35-40° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20°, gündüz 25-30° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti olacağı ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24°, gündüz 32-37° isti, dağlarda gecə 15-20°, gündüz 23-28° isti olacağı bildirilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 37-42° isti olacağı proqnozlaşdırılır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 17-22°, gündüz 27-32° isti olacağı ehtimal edilir.

Xəbərdarlığa əsasən, Azərbaycanın rayonlarında iyulun 2-dək anomal isti hava şəraitinin müşahidə ediləcəyi ehtimalı var. Maksimal hərarətin 38-41°, bəzi yerlərdə 43° isti olacağı bildirilir.