logo

Sabah Bakının bəzi hisəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

21:39 27-06-2018 | icon 2261
Sabah Bakının bəzi hisəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Sabah gün ərzində Ceyranbatan, Saray, Masazır, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

YeniAvropa xəbər verir  ki, bu haqda "Azərsu" ASC-dən bildirilib. Məlumatda qeyd edilib ki, məhdudiyyət Bakıətrafı kənd və qəsəbələrdə su təchizatı sistemlərinin yenidən qurulması layihələri çərçivəsində yeni tikilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.

İstehlakçılardan əvvəlcədən su ehtiyatı toplamaları xahiş olunur.