Azərbaycanda iyunun 28-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24°, gündüz 33-38° isti, Bakıda gecə 22-24°, gündüz 36-38° isti olacağı ehtimalı var.
Atmosfer təzyiqi normadan aşağı - 755 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 30-35 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun hərarəti 24-25° isti olacaq.
Cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun hərarətinin 25-26° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 19-24°, gündüz 36-41° isti, dağlarda gecə 15-20°, gündüz 23-28° isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna əsasən, iyunun 28-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti, gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.