logo

“Azeri Light” 76,25 dollaradək bahalaşıb

11:22 27-06-2018 | icon 2583
“Azeri Light” 76,25 dollaradək bahalaşıb

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

YeniAvropa xəbər verir  ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,85 dollar bahalaşaraq 76,25 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar artaraq 76,49 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,16 dollar bahalaşaraq 70,69 dollar təşkil edib.