logo

Nərminə Nəbiyeva "BP"nin vitse-prezidenti təyin edilib

12:42 25-06-2018 | icon 2590
Nərminə Nəbiyeva "BP"nin vitse-prezidenti təyin edilib

"BP" şirkətinin  Azərbaycan, Gürcüstan və Türkiyə üzrə transformasiya və müasirləşdirilmə proqramının rəhbəri Nərminə Nəbiyeva şirkətin vitse-prezidenti təyin edilib. 

YeniAvropa xəbər verir  ki, bu haqda şirkətdən bildirilib.

Məlumatda qeyd edilib ki, bu vəzifədə N. Nəbiyeva "BP"nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun, həmçinin şirkətin apstrim seqmentinin insan resursları üzrə regional rəhbər qrupunun üzvü olacaq.

Peşəkar karyerası zamanı N.Nəbiyeva Hindistanda "BP"nin “Reliance” şirkəti ilə tərəfdaşlığı fəaliyyətində və "BP"nin apstrim seqmentinin talant və öyrənmə qrupunda çalışıb.

N.Nəbiyevanın Dövlət İdarəçilik Akademiyasından dövlət idarəçiliyi və iqtisadiyyat üzrə bakalavr dərəcəsi və Böyük Britaniyanın Robert Qordon Universitenindən menecment üzrə diplomu var. O, İnsan Resurslarının İdarə Olunması və İnkişafı üzrə ixtisaslaşmış İnstitutun üzvüdür.