Şuranın dəstəyi ilə Lənkəranda “Narkomaniya cənublu məktəblilərin gözü ilə” adlı rəsm sərgisi keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctiami Birliyi tərəfindən icra olunan olunan “İnsan ekologiyası: Narkomaniya cənublu məktəblilərin gözü ilə” adlı rəsm müsabiqəsi və sərginin təşkili” layihəsi sona çatmaq üzrədir. İctiami Birlikdən verilən məlıumatda qeyd olunur ki, aprel ayından icra olunan layihə əsasən ölkəmizin cənub bölgəsində- Lerik, Astara və Lənkəran rayonlarının seçilmiş məktəblərində həyata keçirilib. Layinənin birinci mərhələsi çərçıvəsində Lerik rayonu 3 saylı tam orta məktəbi, Astara rayon M.Ə.Sabir adına 1 saylı tam orta məktəbi və Lənkəran şəhər 10 saylı tam orta məktəbində yuxarı sinif şagirdlərin iştirakı ilə narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici seminar və rəsm müsabiqəsi təşkil olunub. Tədbirlərdə çıxış edən natiqlər- «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctiami Birliyinin sədri Səlim Balayev, layihə üzrə ekspert Zəfər Miriyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cənub regionu üzrə 1 saylı Ərazi bölməsinin mütəxəssisi Ramin Quliyev və başqaları müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniyanın bütün dünyada geniş yayıldığını, bu problemlə mübarizəyə dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların cəlb olunduğunu bildiriblər. Təəssüflə qeyd edilib ki, müasir dünya üçün ağrılı bəlaya çevrilmiş narkomaniya Azərbaycan vətəndaşlarından da yan keçməyib. Gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları ölkəmiz üçün də narahatedici problem olaraq qalmaqdadır. Rəsmi statistik məlumatları nəzər yetirdikdə , belə aydın olur ki, narkotik vasitə istifadəçilərin əksəriyyəti yeniyetmələr və gənclərdir. Mütəxəssislərin fikrincə onları təsir altına salmaq daha asan olur. Xüsusən də yuxarı sinif şagirdləri ailədə olan maddi problemlər, özünə inamsızlıq, stress, depressiya kimi hallardan yollarını daha tez azırlar, bu zaman isə onlar çıxış yolunu narkotik maddələrdən istifadədə görürlər. Odur ki, bu sahədə təbliğatın, məlumat xarakterli fəaliyyətlərin böyük rolu vardır.
Maarifləndirici seminarların ardından məktəblilər arasında narkomaniyaya qarşı mübarizə mövzusunda rəsm müsabiqəsi elan olunub. Şagirdlərə narkomaniya ilə mübarizəyə dair təsəvvürlərini əks etdirmək üçün rəsm ləvazimatları paylanılıb. Məktəblilər böyük həvəslə bu layihədə iştirak ediblər.
Müsabiqənin şərtinə uyğun olaraq, hər məktəbdən mövzunu daha çox əhatə edə bilmiş 10 şagirdin rəsm işi seçilərək yekun mərhələ üçün ayrılüb. Layihənin yekunu olaraq Lənkəranda hər üç məktəbin şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə 30-dan artıq rəsm nümayiş etdirilib. Tədbirdə layihədə iştirak etmiş məktəblərin rəhbərliyi, müəllim və şagird kollektivləri iştirak edib. Münsiflər heyətinin qərarı ilə Lerik rayonundan Dünarə Kişiyeva, Çiçək Rəcəbova və Kənan Əlizadə, Astara rayonundan Gülnar Abıyeva, Şəfa Məlikzadə və Riyad Rzayev, Lənkərandan isə Nurlana Əmirli, Nərmin Abdullazadə və Fatimə Əsədlinin əl işləri daha çox fərqləndiyi üçün onlara xüsusi xatirə hədiyyələri verilib. Həmçinin, əl işləri sərgilənən bütün məktəblilərə sertifikatlar təqdim edilib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb