logo

Fazil Məmmədovun kürəkəni işdən çıxarıldı

12:17 26-12-2017 | icon 2331
Fazil Məmmədovun kürəkəni işdən çıxarıldı

Sabiq vergilər naziri Fazil Məmmədovun Vergilər Nazirliyində yüksək vəzifə tutan kürəkəni işdən çıxarılıb. YeniAvropa xəbər verir ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini Namiq Quliyev ötən həftə vəzifəsindən kənarlaşdırılıb.

Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi.  Modern.az