Bakının Sabunçu rayonunun bir hissəsində suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildiriblər ki, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar iyunun 23-də gün ərzində Sabunçu rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.