Növbəti günlərdə ölkədə sabit hava şəraiti müşahidə olunacaq. YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlama verib. Onun sözlərinə görə, ölkə ərazisində yaxın 2-3 gündə hava şəraiti sabit keçəcək və mühüm dəyişiklik gözlənilmir. Direktor həmçinin deyib ki, ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
G.Məmmədova qeyd edib ki, növbəti iki-üç gündə qərb küləyi əsəcək, arabir güclənəcək: "Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9-14, Mərkəzi Aran rayonlarında da 9-14, dağlıq ərazilərdə isə 7-12 dərəcəyədək isti təşkil edəcək"