Pərviz Şahbazov OPEC-in beynəlxalq seminarında iştirak edib
Azərbaycanın energetika naziri Pərviz Şahbazov iyunun 21-də Avstriyanın paytaxtı Vyanadakı Hofburq sarayında keçirilən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) “Neft - dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda VII beynəlxalq seminarında iştirak edib.
YeniAvropa xəbər verir ki, nazir seminarın “Dünya iqtisadiyyatı və neftin gələcəyi” adlı beşinci sessiyada məruzə ilə çıxış edib. Nazir çıxışında gələcəkdə dünya iqtisadiyyatında neftin rolu, neft bazarında mövcud tendensiyalar və Azərbaycanın neft ölkəsi kimi gələcək inkişaf strategiyasından bəhs edib.
P.Şahbazov OPEC+ formatında əməkdaşlığın neftin qiymətinin sabitləşdirilməsi məqsədinə nail olduğunu, lakin qlobal neft bazarında, neft sənayesində yaranan yeni vəziyyətin bu əməkdaşlıq üçün yeni prioritetlər müəyyənləşdirdiyini deyib. O qeyd edib ki, həm istehsalçı, həm də istehlakçı ölkələrin maraqlarına cavab verən bazarın formalaşması üçün ortaq həll yollarının tapılması yalnız əməkdaşlıq əsasında mümkündür. O, həmçinin “Əməkdaşlıq Bəyannaməsi”ni imzalamış Azərbaycanın qlobal neft bazarının tənzimləmə prosesində iştirakının ölkədə həyata keçirilən neft siyasətinə təsirləri, neft sektorunun inkişafı istiqamətində imzalanmış yeni sazişlər və həyata keçirilən layihələr, cəlb olunmuş investisiyalar barədə ətraflı məlumat verib: “Azərbaycanın qlobal neft bazarının sabitləşməsinə yönəldilmiş proseslərə qoşulması da ölkəmizin daxili neft siyasətinə müsbət təsir göstərib. Dünyada ilk dəfə olaraq sənaye üsulu ilə neft hasil edən Azərbaycan yeni proseslər kontekstində də tarixi mövqeyini möhkəmləndirir. OPEC+ formatı çərçivəsində “Əməkdaşlıq Bəyannaməsi”ni imzalayan və neft bazarının sabitləşdirilməsi prosesinin fəal iştirakçısı olan bir ölkə kimi Azərbaycan OPEC-in tərkibindəki bütün təşəbbüslərə öz dəstəyini bildirib”.
Xatırladaq ki, seminar iyunun 20-də öz işinə başlayıb. Xanım Eithne Treanor və John Defteriosun moderatorluğu ilə keçirilən seminarın açılışında OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo çıxış edib. Həmçinin Avstriyanın inteqrasiya və xarici işlər naziri xanım Karin Kneissl və Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC Konfransının prezidenti Suhail Mohamed Al Mazroueinin də məruzələri dinlənilib.
Qeyd edək ki, Azərbaycanın energetika nazirinin OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 9-cu iclasında da iştirakı planlaşdırılır. Nazir OPEC Nazirlər Şurasının iyunun 23-də keçiriləcək 174-cü iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclasına da qatılacaq.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb