Azərbaycanda iyunun 22-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23°, gündüz 29-34°, Bakıda gecə 21-23°, gündüz 31-33° isti olacağı ehtimalı var.
Atmosfer təzyiqi normadan aşağı - 757 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada cənub küləyi əsəcək. Dəniz suyunun hərarəti 23-24° isti olacaq.
Cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda cənub küləyi əsəcək. Dəniz suyunun hərarətinin 24-25° isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyunun 22-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal edilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 16-21°, gündüz 32-37° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı proqnozlaşdırılır.