Vergilər Nazirliyində yeni təyinatlar olub. YeniAvropa xəbər verir ki,nazir özünə iki müşavir və köməkçi təyin edib.
Belə ki, Camal Qasımov və Elnur Əliyev vergilər azirinin yeni müşavirləri təyin ediliblər. Xatırladaq ki, C.Qasımov bundan öncə Təhsil Nazirliyinin aparat rəhbəri, E.Əliyev isə Nazirliyin informasiya şöbəsinin müdiri olub. O, həm də bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub. M.Cabbarovun köməkçisi isə Ceyhunə Muxtarova təyin olunub. Qeyd edək ki, C.Muxtarova M.Cabbarovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində və Təhsil Nazirliyində köməkçisi olub.