logo

Prezident İsmayıllıda yol tikintisinə 5,4 milyon manat ayırıb

20:39 20-06-2018 | icon 2429
Prezident İsmayıllıda yol tikintisinə 5,4 milyon manat ayırıb

Prezident İlham Əliyev iyunun 20-də İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, bu haqda prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamla min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.