Bakıda Beynəlxalq Sığorta Konfransı keçirilib
İyunun 20-də Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Rumıniyanın “Xprimm Media” şirkətinin təşkilatçılığı və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi dəstəyi ilə “Azərbaycanda sığorta – yeni perspektivlər” adlı sığorta konfransı keçirilib.
YeniAvropa xəbər verir ki, konfrans sığorta bazarının konsolidasiyası, dinamik inkişafı, yeni icbari sığorta növləri, bazardakı islahatlar və yeniliklərə dair mövzulara həsr olunub.
18 ölkədən 185 nəfərin qatıldığı konfransda Milli Məclisin deputatları, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin rektorları, sığorta və təkrarsığorta şirkətləri, həmçinin İcbari Sığorta Bürosu, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası, Azərbaycan Risk Peşəkarları Assosiasiyaları və Audatex Azərbaycan şirkətinin rəhbər şəxsləri iştirak edib.
Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Çex Respublikası, Böyük Britaniya, Belarus, Hollandiya, Almaniya, Gürcüstan, Rumıniya, Qazaxıstan, Albaniya, İsrail, Latviya, İspaniya, Ukrayna, Polşa və İranın sığorta və təkrarsığorta şirkətləri, eləcə də, əlaqəli qurumlarının nümayəndələri və sığorta sahəsində ixtisaslaşmış ekspertləri, həmçinin Türkiyənin TARSİM (Kənd təsərrüfatı sığortaları hovuzu) sistemi, “Solera” şirkətlər qrupunun Fransa nümayəndəliyi, Gürcüstanın Dövlət Sığorta Nəzarəti orqanı, nüfuzlu reytinq agentliklərindən olan “A.M Best” və “FİTCH Ratings” agentliklərinin nümayəndələri, “Russian Re”, “Polish Re”, “Barents Re” kimi tanınmış təkrarsığorta şirkətləri, ölkəmizin və dünyanın aparıcı sığorta, təkrarsığorta və broker şirkətlərinin yüksək struktur nümayəndələri, həmçinin Belarus Sığorta Assosiasiyası konfransa iştirakçı qismində qatılıb.
Konfransın açılış mərasimində Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə və Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli nitq söyləyib. Çıxışlarda sığortanın maliyyə sektoru və bütövlükdə ölkə iqtisadiyyatındakı əhəmiyyəti vurğulanıb. Eyni zamanda, sığorta sektorunun inkişafını dəstəkləyən beynəlxalq və regional konfransların bu sahəyə qatdığı dəyərlərin əvəzedilməz olduğu qeyd edilib.
İki gün davam edəcək tədbirdə “Azərbaycan sığorta bazarındakı makroiqtisadi trendlər və onun regional sığorta sektoruna təsiri”, “İcbari sığortaların tətbiqi və mikrosığorta”, “Rəqəmsallıq və onun istehsalçılar və istehlakçılar üçün riskləri”, “Katastrofik modelləmə”, “Kənd təsərrüfatı sığortası” kimi mövzular üzrə məruzəçilər çıxış edəcək və interaktiv panellər baş tutacaq.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb