İyunun 20-də Bakıda Ombudsmanların XV Beynəlxalq Konfransı öz işinə başlayıb.
YeniAvropa xəbər verir ki, “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda təşkil olunan iki günlük tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, həmçinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyinə həsr olunub.
Tədbirə xarici ölkələrin ombudsmanları, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, UNESCO və digər beynəlxalq təşkilatların ölkəmizdə təmsil olunan nümayəndələri, habelə Azərbaycan Milli Məclisinin deputatları, dövlət qurumları, qeyri-hökumət təşkilatları və media təmsilçiləri iştirak edirlər.