Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanmasına qarşı tədbirləri qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, iyunun 18-də bu istiqamətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 3,5 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülüb.
Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Dağlı kənd sakini, əvvəllər məhkum olunmuş Elxan Yusifov çəkisi 1 kiloqram 815 qram olan marixuananı satarkən cinayət başında yaxalanıb.
Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürborakı kənd sakini Vüqar Bağırova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 24 çətənə kolu və 1 kiloqram 41 qram marixuana aşkarlanaraq götürülüb.
Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Abdullayevdən şəxsi axtarış zamanı 0,165 qram heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 450 qram marixuana, 0,32 qram “Metadon” və 0,9 qram “Preqabalin” həbləri, 0,877 qram heroin və 0,457 qram tiryək də aşkarlanaraq götürülüb.
Ağdaş rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Tofiq Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 13 çətənə kolu aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Qeyd edək ki, ötən gün daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqəli 9 fakt müəyyən olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb