logo

XIN:Yaponiyada baş vermiş zəlzələdə ölənlər arasında Azərbaycanlılar yoxdur

11:12 18-06-2018 | icon 2331
XIN:Yaponiyada baş vermiş zəlzələdə ölənlər arasında Azərbaycanlılar yoxdur

Yaponiyada baş vermiş zəlzələdə həlak olanlar və ya yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

YeniAvropa xəbər verir  ki, bu haqda Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev  məlumat verib. Onun sözlərinə görə,  Azərbaycanın Yaponiyadakı səfirliyindən verilən məlumata görə, Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və ya yaralananlar arasında Azərbaycan vətəndaşının olması qeydə alınmayıb.

Yaponiyadakı səfirliyimiz məsələni diqqətdə saxlayır.

Qeyd edək ki, Osakada baş vermiş 6,1 ballıq zəlzələ nəticəsində 3 nəfər ölüb, 200 nəfər yaralanıb.

Ciddi dağıntılar barədə məlumat olmasa da, təbii fəlakət ölkənin aviasiya və dəmiryolu nəqliyyatını iflic edib. Ölkənin cənub-qərb bölgəsində sürət və adi qatarların hərəkəti tamamilə dayandırılıb.

Sunami təhlükəsi elan olunmayıb.