logo

Şəkidə çobanı ildırım vurub

10:39 18-06-2018 | icon 2471
Şəkidə çobanı ildırım vurub

Ötən gün günün ikinci yarısında Şəki rayonu, Şin kənd sakini 1990-cı il təvəllüdlü Rahim Nəriman oğlu Məmmədov Şin kəndinin inzibati ərazisinin yaxınlığında dağda yaylaq ərazidə qoyun otaran zaman  onu ildırım vurub.

YeniAvropa xəbər verir  ki, ildırım vurması nəticəsində travmatik xəsarət alan Rahim Məmmədov Şəki Mərkəzi rayon xəstəxanasına (MRX) aparılıb.

Xəstəxanadan verilən məlumata görə, Rahim Məmmədov axşam saat 21 radələrində xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Rahim Məmmədov bədənin sol tərəfinin aşağı və yuxarı ətraflarında ümumi zəiflik hiss edilir.  Hazırda onun müayinə və müalicəsi aparılır.

Rahim Məmmədovun yaxınlarının verdiyi məlumata görə, ildırım vurması nəticəsində qoyun sürüsünü mühafizə edən iki çoban iti və bir baş qoyun ölüb.(APA)