logo

Sel suları Şamaxı rayonunun Zaratxeybəri kəndində fəsadlar törədib

20:51 15-06-2018 | icon 2849
Sel suları Şamaxı rayonunun Zaratxeybəri kəndində fəsadlar törədib

Leysan yağışlar nəticəsində Şamaxı rayonunun Zaratxeybəri kəndi ərazisindən keçən Pirsaat çayı öz məcrasından çıxaraq avtomobil yolunu yuyub, kənd sakinlərinə məxsus bostanlar suyun altında qalıb. Avtomobil yolunda isə torpaq sürüşmələri baş verib. Rayon mərkəzindən 39 kilometr uzaqlıqda yerləşən Zaratxeybəriyə gediş-gəliş tamamilə məhdudlaşıb.

YeniAvropa xəbər verir  ki, bu haqda "Xəzərxəbər" məlumat yayıb. Xəbərdə qeyd edilib ki, rayona getmək istəyən kənd sakinlərinə məxsus avtomobillər bataraq yolda qalıb.

Avtomobilin içində olan sərnişinlər 9 kilometr yolu piyada getmək məcburiyyətində qalıblar. Sürüşmə nəticəsində kəndin girişində olan avtomobil körpüsü də uçub, körpünün su ötrücü boruları qırılıb. Hər iki tərəfdən kəndin yolu bağlanıb.