Dekabrın 31-də Bakı Metropoliteninin bütün stansiyalarında iş qrafiki dəyişəcək.
Bu barədə YeniAvropa-ya "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Qurum rəsmisi bildirib ki, həmin gecə metro stansiyaları saat 01:00-a kimi işləyəcək: "Bu, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Dənizkənarı Milli Parkda təşkil olunacaq atəşfəşanlıqdan sonra sakinlərin rahat mənzil başına çatması məqsədi daşıyır. Sadəcə, sərnişinlərdən xahiş edirik ki, sakinlər "Sahil" stansiyasının bağlı olduğunu nəzərə alsınlar. Metrodan istifadə edəcək sərnişinlər "28 may" və "İçərişəhər" stansiyalarına üz tuta bilərlər".