Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar iyunun 15-dən 20-dək qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri adi rejimdə işləyəcək.
DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, vətəndaşların qəbulu adi iş günlərində olduğu kimi, səhər saat 9.00-dan axşam saat 19.00-dək davam edəcək.