logo

Daha bir AXCP üzvü saxlanıldı

17:02 14-06-2018 | icon 2345
Daha bir AXCP üzvü saxlanıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şəki rayon təşkilatının fəalı Rauf Əbdürrəhmanlı iyunun 13-də Bakıda saxlanılıb. 

YeniAvropa  “Turan”a istinadən xəbər verir ki, o, Bakıdan Şəkiyə göndərilib və hazırda orada yerli polis şöbəsində saxlanılır.

AXCP-də isə belə hesab edirlər ki, Əbdürrəhmanlının saxlanılması onun siyasi fəaliyyəti ilə bağlıdır.