logo

Soydaşımız Ukraynada yüksək vəzifəyə təyin olunub

15:21 14-06-2018 | icon 2282
Soydaşımız Ukraynada yüksək vəzifəyə təyin olunub

Soydaşımız Ukraynada yüksək vəzifəyə təyinat alıb.

YeniAvropa xəbər verir  ki,  İlham Dadaş oğlu Dadaşov Ukraynanın enerji nazirinin müşaviri təyin olunub. Təyinatla bağlı əmri enerji naziri İqor Nasalik imzalayıb.

Yerli mətbuatın yazdığına görə, İ.Dadaşov nazirliyin bir sıra dövlət əhəmiyyətli layihələrinə, xüsusilə də alternativ enerji proqramı istiqamətində aparılan işlərə nəzarət edəcək.

Qeyd edək ki, uzun müddətdir Ukraynada yaşayan İ.Dadaşovun hələ sovetlər dönəmində bu ölkədə biznes fəaliyyəti olub, həmçinin neft-qaz sahəsində müxtəlif layihələri həyata keçirib. Son təyinatına qədər də soydaşımız bir sıra dövlət sifarişi layihələrə rəhbərlik edib.

Ailəlidir 4 övladı var.