Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 124 cinayət faktından 26-nın üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 84 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 9 nəfər, borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində doqquz nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 13 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.