logo

On kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

18:12 13-06-2018 | icon 2282
On kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Respublikanın daxili işlər orqanları ümumiyyətlə cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, iyunun 12-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 10 kiloqramdan çox müxtəlif növ narkotik vasitə aşkarlanaraq götürülüb.

Qeyd edək ki, ötən gün daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqəli doqquz fakt müəyyənləşdirilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.