logo

Şəkidə çəkisi 82 kiloqram olan 4311 çətənə kolu aşkarlanıb

16:13 12-06-2018 | icon 2387
Şəkidə çəkisi 82 kiloqram olan 4311 çətənə kolu aşkarlanıb

Şəki rayon sakini rayon polis şöbəsinə müraciət edərək ona məxsus torpaq sahəsində yabanı halda bitmiş çətənə kollarının olduğu barədə məlumat verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin  YeniAvropa-ya verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları həmin əraziyə baxış keçiriblər. Oradan ümumi çəkisi 82 kiloqram olan 4311 çətənə kolu aşkarlanıb və yandırılaraq məhv edilib.

Məlumatda daha sonra qeyd edilib ki, Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Gərəkli kənd sakini Tahir İsmayılov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman orada aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş doqquz ədəd narkotik tərkibli çətənə bitkisi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.