logo

Sabah Bakıda  qısamüddətli yağış yağacaq, 26° isti olacaq

15:41 12-06-2018 | icon 2268
Sabah Bakıda  qısamüddətli yağış yağacaq, 26° isti olacaq

Azərbaycanda iyunun 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Temperaturun Abşeron yarımadasında gecə 15-18°, gündüz 23-27° isti, Bakıda gecə 15-17°, gündüz 24-26° isti olacağı proqnozlaşdırılır.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun hərarətinin 20-21° isti olacağı bildirilir.

Cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil, Şıxda mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun hərarəti 21-22° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyunun 13-də Abşeron yarımadasında komfort temperatur hava şəraiti proqnozlaşdırılır ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Temperaturun gecə 12-17°, gündüz 26-31°, dağlarda gecə 5-9°, gündüz 12-17° isti olacağı ehtimalı var.

Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.

Temperatur gecə 10-15° isti, gündüz 26-31° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Gündüz hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Temperaturun gecə 5-9° isti, gündüz 12-17° isti olacağı ehtimal edilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Temperaturun gecə 12-17° isti, gündüz 23-28° isti olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Gündüz hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Temperaturun gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacağı bildirilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Temperatur gecə 15-17° isti, gündüz 26-31° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Gündüz hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Temperaturun gecə 15-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacağı gözlənilir.