Bu gün paytaxtın bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildiriblər ki, Bakı şəhəri Mir Cəlal və H.Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar iyunun 12-də gün ərzində Nəsimi rayonu 1,2,3,4,5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.