İstanbulda “SOCAR-Türkiyə”nin yeni inzibati binasının açılışı olub
İstanbuldakı “SOCAR-Türkiyə” şirkətinin yeni inzibati binasının açılışı olub, yeni binada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mərasim keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin çıxışları dinlənilib.
Tədbirdə TANAP layihəsindən danışan Rövnəq Abdullayev deyib: ““21-ci əsrin layihəsi” olaraq səciyyələndirilən bu nəhəng layihə Azərbaycan və Türkiyə dövlətlərinin birgə səylərinin nəticəsidir. Bu ilin sonuna qədər isə Aliağada STAR Rafineri, Petlim Konteyner Limanı və Petkim RES-in açılışları nəzərdə tutulub”.
Çıxışlarda iyunun 12-də istifadəyə veriləcək Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) əhəmiyyətindən, o cümlədən Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrindən bəhs olunub. Diqqətə çatdırılıb ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri ümummilli lider Heydər Əliyev və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün ideyaları əsasında dinamik inkişafdadır. Bu nailiyyətlərin əldə olunmasında prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi münasibətləri və siyasi iradələri böyük gücə malikdir.
Çıxışçılar əmin bildiriblər ki, yeni binada fəaliyyətini davam etdirəcək “SOCAR-Türkiyə” qardaş ölkənin iqtisadiyyatında mühüm işlər görəcək. Ən müasir avadanlıq və texnologiyalarla təchiz olunan bu binada işçilərin rahat fəaliyyəti üçün bütün şərait yaradılıb.
Qeyd edək ki, binada Azərbaycan tarixi və müasir inkişafını əks etdirən elektron tablolar quraşdırılıb, rəsm əsərləri nümayiş olunur. Giriş mərtəbəsindəki gözləmə salonunda Azərbaycanla bağlı nadir kitablar düzülüb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb