logo

"Bakcell" Böyük Britaniya səfirliyinin təşkil etdiyi tədbirlərə dəstək göstərib

17:12 11-06-2018 | icon 2303
"Bakcell" Böyük Britaniya səfirliyinin təşkil etdiyi tədbirlərə dəstək göstərib

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell" şirkəti Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin ənənəvi olaraq hər il keçirdiyi iki böyük tədbirə dəstək göstərib.

YeniAvropa xəbər verir  ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə uzunmüddətli əməkdaşlığı çərçivəsində "Bakcell" şirkəti “Xəzər Neft və Qaz” sərgi və konfransının 25-ci ildönümü münasibətilə Böyük Britaniya səfirliyi və ABŞ səfirliyinin birgə təşkil etdiyi təntənəli qəbul mərasiminin sponsorlarından biri olub. 

İyun ayının 7-də isə şirkət Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin doğum günü münasibətilə təşkil edilmiş təntənəli qəbulun keçirilməsinə dəstək göstərib. Ziyafətdə Azərbaycanın və Böyük Britaniyanın dövlət məmurları, yerli və beynəlxalq şirkət və təşkilatlarının nümayəndələri iştirak edib.

Qeyd edək ki, "Bakcell" şirkəti uzun illərdir ki Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq edir və bu əməkdaşlıq sayəsində səfirliyin təşkil etdiyi bir sıra tədbirlərə sponsorluq etməklə yanaşı, “BritishCouncil” ilə birgə müxtəlif Korporativ Sosial Məsuliyyət layihələrini uğurla həyata keçirib.

Artıq 20 ildən çoxdur ki Azərbaycanda fəaliyyət göstərən "Bakcell" şirkəti hazırda müxtəlif sahələri təmsil edən 1800-dən artıq korporativ müştəriyə xidmət edir. Bakcell neft sənayesi daxil olmaqla ölkə iqtisadiyyatının bir çox sektoru üzrə ən böyük korporativ telekommunikasiya xidmətlərinin təminatçısıdır. Şirkət Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərini ən yüksək keyfiyyətli telekommunikasiya həlləri ilə təmin edir.