Paytaxtın bəzi küçə və prospektlərində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudulaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Azadlıq meydanı - Neftçilər prospektində, Nəsimi rayonunun Hənifə Ələsgərov və Yasamal rayonunun Salatın Əsgərova küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq axşam saatlarınadək avtomobillərin hərəkəti qismən məhdudulaşdırılacaq.
Bu məqsədlə sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.