Yubanmanın səbəbini bilməyən məşqçi-müəllimlər federasiyadan konkret cavab ala bilmədiklərini açıqlayıblar: "Rəhbərlik gah deyir maaşlar olacaq, gah da deyir olmayacaq. 90 məşqçi 150-500 manat aralığında maaş alırlar. Ancaq biz icarəyə götürdüyümüz zallara görə ödəniş edirik. Eləsi var ki, 6-7 aylıq borca görə zalı bağlanıb. Bizə hər dəfə 10 gündən sonra maaş veriləcəyini deyirlər. Maaş almayan məşqçilərin orta aylıq əmək haqqı 300 manatdır.
Uşaqları taekvondoya cəlb etmək üçün çox güzəştlər edirik. Pulsuz məşqlər keçirik. Aldığımız 5-10 manatla da zalın icarə haqqını ödəyirik. Avadanlıqları da özümüz alırıq. Onların da necə bahalı olduğunu bilirsiniz. Bundan sonra nə edək? Əlimizdən başqa nə iş gəlir? Başqa gəlir sahəmiz də yoxdur”.
Etirazçılar hakimlərə də diqqətsizlik edilməsindən şikayətləniblər: "Beynəlxalq hakim olsaq da, bir yarışa da gedə bilmirik. Ölkə xaricində idarəçilik etməliyik ki, ölkədə hakimliyin səviyyəsi yüksəlsin. Amma belə olmayanda yerli yarışların da idarəçiliyi istənilən səviyyədə olmur