logo

İlham Əliyev Qazaxda yol tikintisinə 3,3 milyon manat ayırıb

20:35 08-06-2018 | icon 2527
İlham Əliyev Qazaxda yol tikintisinə 3,3 milyon manat ayırıb

Prezident İlham Əliyev iyunun 8-də “Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.