İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə seçkilər keçirilib. Səsvermədə AMEA-nın həqiqi üzvləri iştirak ediblər.
YeniAvropa xəbər verir ki, alternativsiz namizəd olan akademik Akif Əlizadə 66 həqiqi üzvün səsini əldə edərək növbəti beş il müddətinə yenidən AMEA-nın prezidenti seçilib.