Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.YeniAvropa xəbər verir ki, ilkin məlumata görə, bu gün saat 09 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobusun aşması nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb.
Hazırda yaralılar təcili yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılır.
Faktla bağlı araşdırma aparılır.