logo

İlham Əliyev Göyçay çayı üzərindəki körpünün bərpasına 3,5 milyon manat ayırıb

20:35 07-06-2018 | icon 2576
İlham Əliyev Göyçay çayı üzərindəki körpünün bərpasına 3,5 milyon manat ayırıb

Prezident İlham Əliyev iyunun 7-də “Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası haqqında” Sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, "M-4"  Bakı–Şamaxı–Yevlax magistral avtomobil yolunun 217-ci kilometrində Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon manat ayrılıb.