2007-ci ildən bu il iyun ayının 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Şahdəniz” yatağının işlənməsi layihəsindən 2 milyard 506 milyon ABŞ dolları gəlir əldə edib.
Bu barədə YeniAvropa-ya ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Xatırladaq ki, cari ilin əvvəlində “Şahdəniz” layihəsi çərçivəsində xarici sərmayəçilər tərəfindən Neft Fonduna 108 milyon dollar əlavə bonus ödənilib.