logo

Neft Fondu indiyədək “Azəri-Çıraq-Günəşli” layihəsindən 132,2 milyard dollar qazanıb

17:22 07-06-2018 | icon 2716
Neft Fondu indiyədək “Azəri-Çıraq-Günəşli” layihəsindən 132,2 milyard dollar qazanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il iyun ayının 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 132 milyard 271 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə YeniAvropa-ya ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd edilib ki, bu ilin yanvar-may aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 3 milyard 785 milyon dollar vəsait daxil olub.

Xatırladaq ki, bu il yanvarın 29-da Neft Fonduna “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” SOCAR ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.