logo

Zaqatalada baş vermiş zəlzələ nəticəsində dəymiş ziyan araşdırılır

10:52 06-06-2018 | icon 2261
Zaqatalada baş vermiş zəlzələ nəticəsində dəymiş ziyan araşdırılır

İyunun 5-də yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində baş vermiş 6 bal gücündə olan zəlzələnin episentrində yerləşən yaşayış məntəqələrində ciddi dağıntılar baş verməyib. 

YeniAvropa  Zaqatala rayon fövqəladə hallar komissiyasına istinadla bildirir ki, yerlərdən daxil olan ilkin məlumatlara görə, yeraltı təkanlar nəticəsində rayonun Əliabad qəsəbəsində, Suvagil, Mamrux və Yuxarı Çardaxlar kəndlərində əvvəlki zəlzələlər zamanı qəzalı vəziyyətə düşmüş köhnə tikililərin, tövlələrin divarlarındakı çatlar genişlənib, bəzi həyətlərin hasarlarına müəyyən dərəcədə ziyan dəyib.

Hazırda rayon fövqəladə hallar komissiyası yerli icra nümayəndəlikləri ilə birlikdə zəlzələ nəticəsində dəymiş zərəri müəyyənləşdirmək üçün yerlərdə araşdırmalar aparır.

Yeraltı təkanlar ətraf rayonlarda da ciddi dağıntılara səbəb olmayıb.

Zəlzələ ətraf rayonlarda 5-3 bala qədər hiss edilib.