logo

Sərhəd pozucusu ilə bağlı Baş prokurorluqdan açıqlama

20:57 05-06-2018 | icon 3976
Sərhəd pozucusu ilə bağlı Baş prokurorluqdan açıqlama

 İyunun 4-də saat 21:40 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilmişdir.

YeniAvropa Baş prokurorluun mətbuat xidmətinə istinadla bildirir ki, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1996-cı il təvəllüdlü Zeynalov Vadim Mərdanoviç hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərmiş, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilmişdir.

Meyitinüzərinə keçirilmiş baxış zamanı 1 ədəd “Makarov” tipli tapança aşkar olunaraq maddi sübut kimi götürülmüşdür.

Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır.