logo

129 partlamamış hərbi sursat və piyada əleyhinə bir mina aşkarlanıb

20:36 05-06-2018 | icon 2345
129 partlamamış hərbi sursat və piyada əleyhinə bir mina aşkarlanıb

Mayda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Goranboy, Xızı, Qazax, Tərtər rayonlarında və Bakı şəhərində 4 milyon 820 min 62 kvadratmetr ərazi yoxlanılıb. Ay ərzində 129 partlamamış hərbi sursat və piyada əleyhinə bir mina (cəmi 130 ədəd) aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA-dan YeniAvropa-ya  verilən məlumatda qeyd edilib ki,  əməliyyatlara 485 nəfərlik əməliyyat, 134 nəfərlik inzibati heyətlər, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it cəlb olunub.

İndiyədək cəmi 528 milyon 810 min 261 kvadratmetr ərazi təmizlənib, 796 min 884 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

Mayda Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətindən 14 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 11 müraciət daxil olub. Müraciətlər əsasında 10 min 450 kvadratmetr ərazi təmizlənib, 38 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Həmin sursatlar yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə agentliyin mərkəzi məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Ötən ay mina və partlamamış hərbi sursat hadisəsi qeydə alınmayıb.