İstanbul-İğdır marşrutu ilə hərəkət edən sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 30 nəfər yaralanıb. Onlardan 29-u Azərbaycan vətəndaşıdır. YeniAvropa xəbər verir ki, bu haqda Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev KİV-ə açıqlamasında bildirib. Onun sözlırinə görə, yaralılar Qars və Sarıqamış xəstəxanalarına yerləşdiriliblər. Baş konsulluğun əməkdaşları yaralı vətəndaşlarımıza baş çəkiblər. Yaralılar arasında vəziyyəti ağır olan yoxdur. Hadisə ilə bağlı baş konsulluqda “qaynar xətt” yaradılıb.
İlkin ehtimala görə, qəzaya avtobusun yoldan çıxması səbəb olub.