Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları artıb.
YeniAvropa banka istinadla xəbər verir ki, AMB-in valyuta ehtiyatları iyunun 1-nə 5 milyard 471,4 milyon dollar olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 464 milyon dollar, mayın 1-i ilə müqayisədə isə 5,6 milyon dollar çoxdur.