logo

İyulun 15-nə nəzərəd tutulan ilk Buxarest-Bakı aviareysi təxirə salınıb

14:02 05-06-2018 | icon 2709
İyulun 15-nə nəzərəd tutulan ilk Buxarest-Bakı aviareysi təxirə salınıb

Rumıniyanın milli aviadaşıyıcısı olan "TAROM" şirkəti Buxarest-Bakı-Buxarest marşrutu üzrə iyul ayının 15-ə nəzərdə tutulan ilk təyyarə reysi müəyyən texniki məsələlər səbəbindən bir qədər sonraya təxirə salınıb. Hazırda uçuşları yerinə yetirməklə bağlı danışıqları yekunlaşdırmaq üzrədir.  YeniAvropa xəbər verir  ki, bu barədə "TAROM"un baş kommersiya direktoru Kamelia Enesku məlumat verib.

O, bildirdi ki, şirkət Bakıya uçuşun həyata keçirilməsi hüququnun alınmasınıpresedurunu artıq bitirib: “Bundan başqa Azərbaycan ərazisində biletlərin satış hüququ prosedurunu başa çatdırmaq üzrəyik. Bakı hava limanı və orada təmsil olunacaq nümayəndəliyimizin mövcudluğu ilə bağlı danışıqları yekunlaşdırırıq”.

K.Enesku qeyd edib ki, Bakı istər Rumıniya, istərsə də Avropa ölkələri üçün geniş potensiala malik vacib şəhərlərdən biridir. Biletlərin qiymətlərinə gəlincə isə o, bildirib ki, sərnişinlərin ixtiyarına veriləcək yeni hava xəttində müəyyən endirim aksiyaları da təşkil olunacaq.

“Cəlbedici qiymətlər bazarda mövcud olan digər aviadaşıyıcıların təklif etdiyi qiymətlərlə müqayisədə aşağı olacaq. Uçuş vaxtının gecə saatlarında həyata keçirilməsi nəzərdə tutulur. Fransa, Almaniya, Çex Respublikası, İngiltərə və digər ölkələrin sərnişinləri Buxarest üzərindən 1-2 saat gözləməklə Bakıya və əks istiqamətə səyahət edə bilərlər”.

Baş kommersiya direktoru onu da deyib ki, təmsil etdiyi şirkətin nümayəndələri AZAL təmsilçiləri ilə bir sıra görüşlər də keçiriblər: “TAROM şirkəti Bakıya Airbus-318 hava gəmisi ilə uçuşları reallaşdırmaq niyyətindədir. Azərbaycan Hava Yolları ilə görüşlərimiz olub və əməkdaşlıq etməyi düşünürük. TAROM şirkəti artıq uçuşları yerinə yetirməyə hazırlaşır”.