Əmanətlərin Sığortalanması Fondu (ADIF) Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC "Bank Standard" Kommersiya Bankı, "Texnikabank" ASC, "Zaminbank" ASC, "Royalbank" ASC və "Bank of Azerbaycan" ASC-nin balansında olan daşınar və daşınmaz əmlaklarını 63 lot üzrə satışa çıxarır.
ADIF-dən YeniAvropa-ya bildiriblər ki, 23 lot üzrə əmlak birinci dəfə hərraca çıxarılır, 16 lot üzrə - ikinci dəfə, 14 lot üzrə - üçüncü dəfə, 10 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır.
Hərraclar iyunun 11-də, 25-də və iyulun 2-də keçiriləcək.
Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156(20A) 1933-cü məhəllə ünvanında keçiriləcək.