logo

Magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsi keçirilib

15:37 03-06-2018 | icon 3997
Magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsi keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 3-də 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.

DİM-dən YeniAvropa-ya bildiriblər ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 25 imtahan mərkəzində aparılıb.

İmtahan bütün binalarda eyni vaxtda - saat 12:00-da başlanıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb.

İmtahanın idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib. Müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun keçirilib, bakalavrların öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İyunun 4-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.