Baş prokurorluqdan məhbusları əfv siyahısına saldıracağını vəd edən dələduzla bağlı açıqlama
Azərbaycan Respublikasının prezidenti yanında Əfv Məsələləri Komissiyası və Azərbaycan Respublikası Baş Prokurorluğu dələduzluq faktı ilə bağlı birgə məlumat yayıblar.
YeniAvropa xəbər verir ki, məlumatda qeyd edilir ki, prezident İlham Əliyev tərəfindən bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə növbəti əfv sərəncamının imzalanması dövlətimizin bir daha humanizm ideyalarının təbliği, şəxsiyyətə inam və hörmətin bariz nümunəsi olmaqla ölkə ictimaiyyəti tərəfindən təqdirəlayiq hal kimi qəbul edilmişdir. Bununla belə, şəffaf prosedurlar əsasında həyata keçirilən humanizm siyasətindən sui-istifadə halları vətəndaşların hüquqlarının pozulması və dövlətin bu sahədəki fəaliyyətinə ictimai etimadın sarsılması təhlükəsi yaratdığından belə qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
Belə ki, məhkum edilmiş şəxslərin və onların yaxın qohumlarının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə onlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirmiş şəxs barəsində Azərbaycan Respublikasının prezidenti yanında Əfv Məsələləri Komissiyasından Baş Prokurorluğa daxil olmuş çoxsaylı vətəndaş müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmışdır.
Cinayət işinin istintaqı zamanı Allahverdiyev Vüqar İsax oğlunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 7 və 13 saylı cəzaçəkmə müəssisələrində saxlanıldığı müddətdə ona telefonla olan danışıq hüququndan istifadə etməsi üçün yaradılmış şəraitdən yararlanaraq özü ilə birlikdə cəza çəkən ayrı-ayrı şəxslərin yaxın qohumlarına zəng etməklə həmin məhkumların adlarının əfv olunan şəxslər siyahısına saldıracağını bildirib naməlum şəxslər vasitəsi ilə Quliyeva Kəmalə İnqilab qızından 3000 manat, Məmmədov Firdovsi Tanverdi oğlundan 2500 manat, Həsənov Namiq Məmməd oğlundan 3000 manat tələb edib almasına və eyni niyyətlə Məlikova İradə Vahab qızından tələb etdiyi 1500 manat pulu ələ keçirməyə cəhd etməsinə, habelə cinayət işi üzrə həmin xüsusatlar araşdırılarkən müəyyən edilmiş digər qanunsuz hərəkətləri törətməsinə şübhələr üçün əsaslar olduğundan,ona Cinayət Məcəlləsinin 178.2.2 (təkrar törədilməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb