"Bakcell" Uşaqların Beynəlxalq Müdafiəsi Günününü Gəncədə UAFA ilə birgə qeyd edib
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" Uşaqların Beynəlxalq Müdafiəsi Gününü özünün uzun müddətli partnyoru UAFA (Azərbaycana Birgə Yardım) təşkilatının himayəsində olan uşaqlarla birgə keçirib.
YeniAvropa xəbər verir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etmək üçün "Bakcell" şirkətinin nümayəndələri UAFA-nın Gəncə şəhərində yerləşən İcma Əsaslı Reabilitasiya Mərkəzinə səfər edib, mərkəzin dərnəklərində iştirak edən uşaqlarla vaxt keçirib, onların hazırladıqları tamaşa və rəqsləri böyük həvəslə izləyiblər. Uşaqlar da öz növbəsində qonaqlara öz rəqslərini, şəkil və əl işlərini və digər nailiyyətlərini böyük məmnuniyyətlə nümayiş etdirib. Uşaqları bayram münasibətilə təbrik edən Bakcell əməkdaşları onlara rəsm ləvazımatları, kitablar və digər hədiyyələr təqdim ediblər.
Qeyd edək ki, "Bakcell" 2010-cu ildən etibarən UAFA təşkilatının reabilitasiya mərkəzlərində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əl işi, kompüter biliyi, idman, tamaşa, rəqs və rəsm dərnəklərinin təşkilinə öz dəstəyini göstərir. Bu dəstək sayəsində Gəncə, Yasamal və Xaçmaz reabilitasiya mərkəzlərin xidmətlərindən bəhrələnən uşaqlar yeni bacarıqlar əldə edib öz istedadlarını müxtəlif yerli və beynəlxalq yaradıcılıq, incəsənət və idman yarışlarında nümayiş etdirməkləmüxtəlif layihələrin qalibi olublar.
UAFA-nın Gəncə və Yasamal İcma Əsaslı Reabilitasiya Mərkəzlərin xidmətlərindən bəhrələnən uşaqların rəsmləri “Əgər sehrli çubuğum olsaydı...” adlı kitabda yer alıb. UAFA təşkilatının Milli İncəsənət Muzeyi ilə birgə “3 Alma” TEAS Nəşriyyat Evinin dəstəyilə hazırlanmış bu kitabın təqdimatı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə keçirilib.
Xatırladaq ki,2010-cu ildən etibarən davamlı olaraq UAFA İƏR mərkəzlərinin xidmətlərindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləməklə Bakcell şirkəti bu uşaqların bərabər hüquq və imkanların təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarını təmin etməyə çalışır. Bu layihə uşaqların və onların valideynlərinin cəmiyyətdə daha fəal olmasına, yeni dostlar qazanmasına, müxtəlif insanlar ilə ünsiyyətdə olmasına kömək olur, bütün bunlar isə öz növbəsində cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb