logo

İranın Azərbaycan üzərindən ixracı artır

16:38 01-06-2018 | icon 2632
İranın Azərbaycan üzərindən ixracı artır

İki ay ərzində (martın 21-dən mayın 21-dək) İran Astara gömrük-keçid məntəqəsindən 74 milyon dollar dəyərində 140 min ton qeyri-neft məhsulları ixrac edib.

YeniAvropa xəbər verir  ki, bu sözləri İranın Astara gömrük-keçid məntəqəsinin rəisi Rəsul Ümidi deyib. O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Astara gömrüyündə keçirilən ixrac əməliyyatının həcmi 138 faiz artıb. Qeyri –neft məhsulları Azərbaycan üzərindən keçməklə əsasən Rusiya və Gürcüstana ixrac olunub.