logo

Sabah Bakıda hava yağmurlu, 19° isti olacaq

13:49 01-06-2018 | icon 2310
Sabah Bakıda hava yağmurlu, 19° isti olacaq

Ölkə ərazisində iyunun 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17°, gündüz 17-20°, Bakıda gecə 15-17°, gündüz 17-19° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı - 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 59-65, gündüz 80-90 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 16-17° isti olacaq. Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 2-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 18-23° isti, dağlarda gecə 5-9°, gündüz 11-16° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, iyunun 2-də Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddət ərzində xeyli yüksəlməsi fonunda arabir güclənən xəzri küləyi, rütubətli hava şəraiti və temperaturun enməsi gözlənilir. Belə təzadlı, dəyişkən hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.